Şrift:
Bakıda torpaq sürüşməsi olub, evlər təhlükədədir
09.12.2011 [12:59] - Gündəm
Bakıda torpaq sürüşməsi olub. Sürüşmə Suraxanı rayonu ərazisində Zığ qəsəbəsi ərazisində, qəsəbənin şimal hissəsində qeydə alınıb. Ərazidə torpaq sürüşməsi nəticəsində beton plitələr aşıb. Həmçinin həyətlərin daş hasarları uçub. Bəzi evlərin divarlarında çatlar yaranıb. 43 saylı binanın yaxınlığında baş verdiyindən bina üçün təhlükə yaranıb. Suraxanı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda hadisə əlaqəli qurumlardan ibarət komissiya araşdırma aparır: “Dəqiq nəticələr və görülən tədbirlər müəyyən ediləndən sonra ictimaiyyətə məlumat veriləcək”.
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed