Şrift:
Türkiyədə daha bir mədəndə uçqun baş verib.
14.05.2014 [15:21] - Gündəm, Hadisə
Türkiyənin Zonquldak vilayətində daha bir daş kömür mədənində uçqun qeydə alınıb.
"Haber7" telekanalının verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər dağıntılar altında qalıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Manisa vilayətinin Soma şəhərində daş kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir.
Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadındır.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed