Şrift:
Vladimir Putinin prezidentliyə namizəd kimi qeydə alınıb
20.12.2011 [12:31] - Gündəm
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) baş nazir Vladimir Putini prezidentliyə namizəd kimi qeydə alıb.

O, ilk rəsmi qeydə alınmış namizəd olub.

Qeyd edək ki, V. Putinin namizədliyi “Edinnaya Rossiya” (“Vahid Rusiya”) Partiyası tərəfindən irəli sürülüb.

V. Putindən başqa, “Spravedlivaya Rossiya” (“Ədalətli Rusiya”) Partiyasının lideri Serqey Mironov, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının sədri Gennadi Zuqanov da prezidentliyə namizədlikləri qeydə alınmaq üçün sənədlərini MSK-ya təqdim ediblər.

MSK yaxın günlərdə onlarla bağlı da qərar verməlidir.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed