Şrift:
Şahdəniz-də yeni quyu qazılır
18.04.2015 [10:15] - Gündəm, İqtisadiyyat
“Şahdəniz” qaz-kondensat yatağı ərazisində yeni quyunun qazılması işlərinə başlanıb.

Məlumatlı mənbə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDD-04 quyusunun qazılmasına başlanılıb: “Qazıntı işləri “Heydər Əliyev” platformasından həyata keçirilir. SDD-04 quyusunun layihə dərinliyi 6300 metr təşkil edir”.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə qabaqlayıcı qazma işləri çərçivəsində artıq 7 quyu qazılıb, SDC-04 və SDD-04 quyularında işlərin başa çatmasından sonra isə qazılmış quyuların sayı 9-a çatacaq.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed