Şrift:
Kiyev-Bakı sərnişin qatarı minik avtomobili ilə toqquşub, üç nəfər ölüb, bir nəfər yaralanıb
30.01.2012 [16:08] - Hadisə
Kiyev-Bakı sərnişin qatarı Dağıstan ərazisində “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.

APA-nın məlumatına görə, nizamlanmayan dəmiryolu keçidində baş verən toqquşma nəticəsində avtomobildə olan 3 nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı ucbatından baş verib. Sürücü nizamlanmayan dəmiryolu keçidini sərnişin qatarının sürətini nəzərə almadan keçmək istəyib, bu isə ağır faciəyə səbəb olub.

Qatarların hərəkəti dayandırılmayıb.
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed