Şrift:
Azərbaycanda 85 yaşlı baba ata olub
05.03.2012 [13:10] - Hadisə
Hadisə Zaqatala rayonunda baş verib

Azərbaycanın Zaqatala rayonunda 85 yaşlı kişi ata olub. Rayonun Yuxarı Tala kənd sakini, 1926-cı il təvəllüdlü, Kamal Kamalov iki il əvvəl yenidən ata olub. Yaxınlarının verdiyi məlumata görə, K. Kamalov ilk dəfə 14 yaşında ailə qurub. Yaşadığı uzun illər ərzində o, bir neçə dəfə evlənib. K. Kamalov 7 il öncə dördüncü dəfə ailə qurub.

Belə ki, rayonun Yuxarı Çardaqlar kənd sakini, 33 yaşlı Reyhanat Kamalova ahıl kişiyə 2008-ci ildə birinci, 2010-cu ildə isə ikinci qız övladı bəxş edib.

Qeyd edək ki, Kamal Kamalovun ümumilikdə 9 övladı, 16 nəvəsi, 5 nəticəsi var. K. Kamalovun atası 120, babası isə 150 il ömür sürüb.
Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed