Şrift:
NATO-nun Daşkənddəki bürosu bağlanıb
07.04.2017 [10:26] - Hərb
NATO-nun Mərkəzi Asiya ölkələri ilə əlaqə və qarşılıqlı fəaliyyət üzrə Daşkənddəki bürosu bağlanıb.
Bu barədə aprelin 6-da büronun əməkdaşları RİA "Novosti”yə bildiriblər.
“Büronun bağlanması proseduru başa çatıb. Bu 2017-ci il martın 31-dən fəaliyyə göstərmir. Apreldən Mərkəzi Asiya ölkələri ilə birbaşa təmas Brüsseldən saxlanılacaq”, - büronun əməkdaşları bildiriblər.
Məlumata görə, Özbəkistan paytaxtndakı büronun bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul edilib. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı Bürosunun başçısı Rozariya Pulizi deyib ki, ofis daxili büdcə baxış nəticəsində bağlanır və siyasi xarakter daşımır.
Qeyd edək ki, bu ofis 2014-ci ilin mayında açılıb.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed