Şrift:
Sərbəst güləşçilərimiz ilk beşlikdə qərarlaşıblar
07.04.2017 [10:39] - İdman
Dünya Güləş Birliyi 2017-ci ilin martında keçirilən yarışların yekunlarına əsasən, reytinq cədvəlini açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, sərbəst güləşçilərimizdən 16 nəfər reytinq siyahısında yer alıb. Onlardan yeddisi öz çəki dərəcələrində ilk onluğa, beşi isə ilk beşliyə daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə ikinci sırada qərarlaşıblar. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-Olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında dördüncü olublar.

Onluğa daxil olan digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovdur (125 kq).
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed