Şrift:
Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı
18.05.2017 [10:12] - Gündəm
İstanbulun Bostancı məhəlləsində metro tikintisi işləri zamanı bir zərgər dükanının olduğu binaya doğru açılmış, təxminən 7 metr uzunluğunda tunel ortaya çıxıb.

Polis zərgərlik dükanını qarət etmək üçün qazılan tunelin kimlər tərəfindən hazırlandığını araşdırır.

Dudullu-Bostancı metro xəttinin çəkildiyi Ali Nihat Tarlan prospektində işçilər elektrik xətləri üçün qazıntı apardıqları zaman bir tunellə qarşılaşıblar. İşçilər baxış zamanı tunelin ərazidəki bir zərgərlik mağazasına doğru istiqamətləndiyini müəyyən ediblər.

İşçilər vəziyyətlə bağlı polislərə və zərgərə məlumat veriblər. Aparılan araşdırmalar təxminən 7 metr irəliyə uzanan tunelin prospektdə olan bir zərgərlik dükanına getdiyini təsbit edib. Zərgərlik dükanına çatmağa 2 metr qaldığı təyin olunan tunelin digər ucunun da yolun qarşı tərəfinə getdiyi ortaya çıxıb. Tuneli qazanların kimliyini müəyyən etmək üçün araşdırmaya başlayan polislər ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed