Şrift:
Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb
13.08.2018 [10:05] - Gündəm, Hüquq
Çexiya ordusu Əfqanıstanda intiharçının törətdiyi terror aktının təşkilatçılarını tapmaq niyyətindədir.

Terror aktı nəticəsində Baqram hərbi bazası yaxınlığında patrul xidmətində olan Çexiyanın üç hərbi qulluqçusu həlak olub, iki əfqan və bir amerikalı ağır yaralanıb.

Çexiyanın NATO üzrə tərəfdaşları da axtarışlara qoşulacaq. Bu barədə jurnalistlərə məlumat verən Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleş Opata deyib ki, ordu bu məqsəd üçün ilk növbədə artıq Əfqanıstanda xidmətdə olan əsgərlərdən istifadə etmək istəyir. Hazırda Çexiya hərbçilərindən heç biri Əfqanıstandan vətənə vaxtından əvvəl dönmək istədiyini bildirməyib.

A.Opata bildirib ki, axtarışlar həm analitiklərdən, həm də kəşfiyyat xidmətləri tərəfindən böyük səylər tələb edəcək.



Pərvanə Qarayeva
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed