Şrift:
Azərbaycan paytaxtında silahlı insident olub, yaralanan var
25.07.2012 [11:26] - Hadisə
Bakının mərkəzində silahlı insident olub.
Bu barədə Səbail Rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə rayonun Faiq Ömər Nemanzadə küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, 1980-ci il təvəllüdlü Elnur Əhməd oğlu Həşimov naməlum şəxs tərəfindən güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed