Şrift:
Ukrayna Rusiya ilə dostluğa son qoydu
11.12.2018 [10:13] - Xəbərlər, Siyasət
Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə dostluq müqaviləsinin ləğvi haqqında qanunu imzalayıb.

Gələn il aprelin 1-dən müqaviləyə xitam veriləcək.

Poroşenko hələ sentyabrdan Milli Təhlükəsizlik Şurasının müqavilənin ləğvi qərarını dəstəkləmişdi. Ancaq o zaman rəsmi Kiyev müqavilənin ləğv ediləcəyini yox, yenilənməyəcəyini bəyan etmişdi.

Moskva Kiyevin qərarını destruktiv addım adlandıraraq təssüfləndiyini bildirib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında dostluq müqaviləsi 1997-ci il mayın 31-də bağlanıb.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed