Şrift:
Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq edib, Ərdəbil və Qoşaçayda türkcə kitablar paylanılıb
22.02.2019 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir.

Məlumata görə, Ərdəbil və Qoşaçay şəhərlərində məktəblərdə şagirdlərə çox sayda türkcə kitablar hədiyyə edilib. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən kitabların paylanması müəllimlər, şagirdlər və onların valdeyinləri tərəfindən alqışlanıb.

İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəallar isə Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyasına başlayıb.

Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, İbrahim Nuri və Əmir Səttari bir neçə gün əvvəl bəyanat yayaraq fevralın 20-dən aclıq edəcəklərini elan ediblər. 5 gün davam edəcək aksiya məktəblərdə türk dilinin tədris olunmaması və türk dilinin İranda rəsmi dil kimi tanınmamasına etiraz olaraq keçirilir.

Ərdəbilli fəallar kitab paylama kampaniyasını siyasi məhbusların aclıq aksiyası bitənədək davam etdirmək niyyətindədir, kampaniyanın digər Azərbaycan şəhərlərində də həyata keçiriləcəyi gözlənilir.

Təhsil ocaqlarının açılışı günü ərəfəsində başda Ərdəbil şəhəri olmaqla Güney Azərbaycanın əksər şəhərlərində “Hər azərbaycanlı şagird üçün türkcə bir kitab” kampaniyası keçirildi. Təxminən 2 ay davam edən kampaniyada azərbaycanlı məktəblilərə çox sayda türkcə kitablar hədiyyə edilmişdir.

Ərdəbil:
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed