Şrift:
Gimnastlarımız Avropa çempionu oldular
27.05.2019 [10:29] - Gündəm, İdman
Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb.
Böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Komandamızın tərkibinə Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva daxildir.

Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed