Şrift:
Marneulinin susuzluqdan əziyyət çəkən kəndinin sakinləri etiraz aksiyası keçiriblər
09.01.2020 [12:34] - Borçalı
Marneulinin susuzluqdan əziyyət çəkən kəndinin sakinləri etiraz aksiyası keçiriblər
Gürcüstanın Marneuli rayonunun Algeti Vinsovxoz kəndinin sakinləri illərdir içməli və suvarma suyunun olmamasından əziyyət çəkirlər. Kəndin bir qrup sakini Marneuli meriyasının binası qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları bildiriblər ki, içməli suyu evlərə qonşu kəndlərdən gətirirlər və ya pulla alırlar. Marneuli meri Zaur Darğallı etirazçıları qəbul edərək kəndə su xəttinin çəkilməsi məqsədilə vəsaitin ayrıldığını deyib. O qeyd edib ki, yeni xəttin inşası ilə bağlı tender elan olunacaq və layihənin iyun ayına qədər reallaşdırılacağı nəzərdə tutulub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed