Şrift:
Özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb
01.04.2020 [12:37] - Xəbərlər, Türk dünyası-Turan
Özbək mənşəli Rusiya milyarderi, “USM Holdings”in sahibi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb.

Özbəkistan mətbuatı xəbər verir ki, vəsait Daşkənd vilayətinin Zəngiata rayonunda koronavirusa yoluxanların müalicə ediləcəyi xəstəxananın tikintisinə yönəldiləcək.

Bildirilir ki, xəstəxana ən müasir səhiyyə avadanlığı ilə təchiz olunacaq.

Özbək mətbuatı, həmçinin məlumat verir ki, Əlişir Usmanov koronavirusla bağlı Daşkənddəki evində özünü təcrid edib, heç kimlə, hətta doğma və əzizləri ilə də görüşmür.
Xatırladırıq ki, Əlişir Usmanov Özbəkistanın Namanqan vilayətinin Çust rayonunda anadan olub, Rusiyanın və Böyük Britaniyanın ən zəngin iş adamlarından biridir.
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed