Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 12 minə yaxınlaşıb
03.05.2020 [11:53] - Gündəm, Sosial
Ukraynada son sutkada 502 nəfər koronavirusa tutulub.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 11 min 913 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 9 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 287 nəfər olub. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1550 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed