Şrift:
"Mahan Air"lə əməkdaşlıq edən Çin şirkəti Amerika tərəfindən sanksiya siyahısına salınıb
20.05.2020 [09:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Çində İranın "Mahar Air" aviaşirkətinin satış agenti olan şirkətə qarşı sanksiya tətbiq edib.



Bu barədə Nazirliyin yaydığı bəyanata əsasən, "Shanghai Saint Logistics Limited" adlı həmin şirkət "Mahar Air"in satış təmsilçiliyini həyata keçirib.



"İran rejimi Mahan Air-dən Venesuela və Suriyanın qeyri-legitim rejimlərindən savayı, Yaxın Şərqdə özünə bağlı təmsilçi müharibələr aparan terror qruplaşmalarını dəstəkləmək üçün istifadə edir. Mahar Air-lə ticari əlaqələrini davam etdirəcək şirkətlərə qarşı düşünmədən sanksiyalar tətbiq edəcəyik", - deyə məsələ ilə əlaqəli ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib.


Qeyd etmək lazımdır ki, ABŞ-ın anti- terror tədbirləri çərçivəsində daha öncələr sanksiyaya məruz qalmış "Mahan Air"ə qarşı 2019-cu ilin dekabr ayında da kütləvi qırğın silahlarının daşıması və xalq etirazlarını yatırmaq üçün İran rejiminə müxtəlif texniki avadanlıqlar gətirdiyi üçün yenidən embarqolar tətbiq edilmişdi.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed