Şrift:
Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib
10.07.2020 [09:40] - Gündəm, İdman
Paytaxtın "Neftçi” futbol klubunun məşqçilər korpusuna yeni təyinat olub.

Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanılıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed