Şrift:
İranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb
24.10.2020 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Sistan-Bəlucistan vilayətində 8 ton ehtiyatı olan qızıl mədəni aşkar edilib.

Bu barədə vilayət administrasiyasının nümayəndəsi Məndan Zəncənə deyib. O bildirib ki, aparılan kəşfiyyat işləri nəticəsində aşkar edilən mədənin yaxın vaxtlarda istismarına başlanacaq. Qızılın çıxarılması və dünya bazarına göndərilməsi üçün investisiyanın da zəruri olduğunu bildirən M.Zəncənə bu istiqamətdə işlərin həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, Sistan-Bəlucistan vilayətində qızıl ilə yanaşı, titan və mis yataqları da mövcuddur. Mis yataqlarında 400 milyon tondan çox ehtiyat var.

Ümumiyyətlə son illər ərzində vilayətdə aparılan kəşfiyyat işləri nəticəsində 200 faydalı qazıntı mənbəyi aşkar edilib. Onlar yaxın zamanda istismar edilərək İran iqtisadiyyatının inkişafına yönəldiləcək.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed