Şrift:
Pompeo İranı Əl-Qaidənin yeni bazası adlandırıb
13.01.2021 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Vaşinqtonun Milli Mətbuat Klubunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.


O bildirib ki, hazırda terrorizmə sponsorluq edən ən böyük ölkə olan İran İslam Respublikası terror ortağı Əl-Qaidənin vətəninə çevrilib. “Bu, Amerikanın kontinental hissəsi də daxil olmaqla, ciddi bir təhlükə yaradır. Deyərdim, İran əslində Əl-Qaidənin fəaliyyətinin yeni coğrafi mərkəzi olaraq yeni Əfqanıstan olub, amma əslində vəziyyət daha pisdir. Əl-Qaidənin dağlarda gizləndiyi Əfqanıstandan fərqli olaraq, indi İran rejiminin möhkəm pərdəsi altında fəaliyyət göstərir”.


Diplomat əlavə edib ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed