Şrift:
İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib
25.11.2021 [09:43] - Xəbərlər, Siyasət
İsveçin ilk qadın Baş naziri Maqdalena Andersson vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib.

Müvafiq müraciətlə Maqdalena Andersson vəzifəsindən azad edilməsini xahiş edib.

Bu gün səhər saatlarında Sosial Demokratlar Partiyasının rəhbəri Maqdalena Andersson parlamentdə baş tutan seçki nəticəsində “Qırmızı-Yaşıllar” koalisiyasından Baş nazir seçilib. Buna baxmayaraq, "Qırmızı-Yaşıllar" koalisiyasının üzvü Yaşıllar Partiyası, gələn ilki ölkə büdcəsi məsələsində razılığa gəlməməsinə görə hökuməti tərk edib və koalisiyanın dağılmasına səbəb olub.

Maqdalena Andersson artıq spiker Anderas Norlenə hələ də Sosial Demokratlar Partiyasından bir partiyalı hökumətə rəhbərlik etməkdə maraqlı olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed