Şrift:
İkili diplom proqramına sənəd qəbulu aparılır
16.02.2022 [10:46] - Gündəm, Bildiriş
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən bildirilib ki, ikili diplom proqramına qəbul 2022-2023-cü tədris ili üçün magistratura pilləsini əhatə edir. Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək.

İkili diplom proqramına sənəd qəbulu martın 15-dək davam edəcək.

Tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.
Bu xəbər oxucular tərəfindən 5134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed