Şrift:
ABŞ “F-16”da ukraynalı pilotlara təlim keçməyə icazə verəcək
17.07.2023 [10:11] - Gündəm
Amerika Birləşmiş Ştatları Avropa ölkələrinə ukraynalı pilotlara “F-16” qırıcılarını idarə etmək üçün təlim keçməyə icazə verəcək.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O qeyd edib ki, ukraynalı pilotlara təlimin keçirilməsi üçün lazım olan resursları hazırlamaq üçün daha bir neçə həftə vaxt lazımdır.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ukraynalı pilotların “F-16” qırıcıları üçün hazırlanması prosesinin tezliklə başlayacağına inandığını bildirmişdi.

“The Financial Times” yazıb ki, 11 Qərb ölkəsindən ibarət qrup avqust ayından etibarən ukraynalı pilotlara “F-16”ı idarə etmək üçün təlimlərə başlayacaq. Təlim Danimarkada başlayacaq, tərəflər isə Rumıniyada uzunmüddətli təlim proqramlarının həyata keçirilməsi üçün mərkəz yaradacaqlar.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed