Şrift:
“Neftçi”nin Avropa kubokunda növbəti rəqibi müəyyənləşib
04.08.2023 [10:07] - Xəbərlər, Gündəm, İdman
“Neftçi”nin Avropa kuboklarındakı növbəti rəqibi müəyyənləşib.

“Ağ-qaralar” “Beşiktaş”la qarşılaşacaq.

İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan “qartallar” Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda “Beşiktaş”ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsinə görə, “Jelezniçar”dan üstün olub (2:2, 2:0).
Bu xəbər oxucular tərəfindən 1776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed