Şrift:
“Beşiktaş”–“Neftçi” matçının başlama saatı dəyişdirilib
17.08.2023 [11:20] - Gündəm, İdman
Bu gün Türkiyədə “Beşiktaş” və “Neftçi” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

Görüş əvvəldən planlaşdırıldığı kimi Bakı vaxtı ilə saat 21:00-da başlamayacaq. Qarşılaşma nəzərdə tutulan vaxtdan 1 saat gec başlayacaq.

Dəyişikliyin hansı səbəbdən edildiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Neftçi” rəqibinə 1:3 hesabı ilə uduzub.
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed