Şrift:
Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb
12.10.2023 [10:21] - Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində verilən xəbərə görə, oktyabrın 12-i saat 9-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

Qrız, Qusarda qar örtüyünün hündürlüyü 1 sm olub.

Lerik, Qrız, Balakəndə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib.
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed