Şrift:
Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşacaq
16.10.2023 [11:12] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Yığma Bakıda Avstriya seçməsini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Avstriya yığması bugünkü oyunda qalib gəlsə, gələn il Almaniyada keçiriləcək qitə çempionatında iştirak hüququ qazanacaq.

F qrupunun digər qarşılaşmasında Belçika yığması evdə İsveçlə üz-üzə gələcək. “Qırmızı şeytanlar” artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.

AVRO-2024, seçmə mərhələ

VIII tur

16 oktyabr

20:00. Azərbaycan - Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Xal durumu: Belçika – 16 (6 oyun), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed