Şrift:
Polşanın hakim partiyası parlament seçkilərində liderlik edir
16.10.2023 [11:19] - Siyasət
Polşada keçirilən parlament seçkilərində hakim "Qanun və Ədalət" partiyası 36,8 faiz səs toplayıb.

Bu barədə Polşa KİV-ləri exit-poll nəticələrinə istinadən bildirib.

Bildirilib ki, "Ipsos" beynəlxalq araşdırma şirkətinin sorğusuna əsasən, müxalif "Vətəndaş Koalisiyası" 31,6% səs toplayıb.

“Polşa 2050” və Polşa Xalq Partiyasının daxil olduğu “Üçüncü Yol” koalisiyası təxminən 13%, "Yeni Sollar" 8,6%, "Azadlıq və Müstəqillik Konfederasiyası" isə 6,2% səs toplayıb.

Qeyd olunub ki, bu cür səs bölgüsü ilə müxalifət digər siyasi qüvvələrin dəstəyini almaqla parlamentdə çoxluq əldə etmək üçün iqtidar koalisiyası yaratmağa cəhd edə bilər.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed