Şrift:
Fərəc Quliyev 18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.10.2023 [22:01] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının həmmüəlliflərindən biri və Ali Sovetdə həmin Aktın leyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, İstiqlalçı deputat Fərəc Quliyev “18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə bildirilir:

“Azərbaycan xalqının Sovet imperiyasına qarşı əzmkar mübarizəsinin məntiqi nəticəsi olaraq 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyimiz bərpa olundu. Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir. Müstəqilliyimizin bərpası günü münasibəti ilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı təbrik edirik.
Bu Böyük günün əhəmiyyətini yeni nəsillərə daim aşılamaq borcumuzdur.Onlar bu dövləti əbədi olaraq müstəqil yaşadacaqlar.
Vətənimizin bir hissəsində qazanılmış bu müstəqilliyin Bütöv Azərbaycanı əhatə edəcəyinə əminliyimizi bildirir, bu müqəddəs yolda xalqımıza daha böyük əzm və iradə arzulayırıq.”

MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed