Şrift:
Levan Davitaşvili: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır
26.10.2023 [11:25] - Gündəm
Azərbaycan Gürcüstan üçün çox vacib tərəfdaşdır. Biz Azərbaycan ilə əməkdaşlığa böyük önəm veririk.

Bu sözləri açıqlamasında Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.

“Azərbaycan son 20 il ərzində Gürcüstan iqtisadiyyatına 600 milyon dollar həcmində sərmayə qoyub. İnanırıq ki, bu rəqəm daha da artacaq”, - deyə o bildirib.

Nazir deyib ki, ölkələrimiz arasında əlaqələr yalnız ticarət sahəsində deyil. Bizim iqtisadi-ticarətlə yanaşı, enerji, nəqliyyat, logistika və bir çox başqa sahələrdə də səmərəli əməkdaşlığımız inkişaf edir. Eyni zamanda, bizim bir çox ortaq layihələrimiz var.

“Biz hazırda çox vacib olan “flexy” layihəsi üzərində işləyirik. Bu layihə Cənubi Qafqazı Avropa ilə birləşdirən sualtı kabellə bağlıdır. “Yaşıl dəhliz” adlandırılan məsələyə dair mühüm addımlar atılır. Bu layihə ilə “yaşıl enerji”ni Avropa bazarına çatdıracağıq”, - deyə nazir vurğulayıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed