Şrift:
Macarıstanın baş naziri Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib
11.12.2023 [10:11] - Gündəm, Siyasət
Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orban Buenos-Ayresdə Prezident Volodimir Zelenski ilə qısa görüş keçirib.

Hər iki siyasətçi Argentina Prezidenti Xavyer Mileyinin andiçmə mərasimində iştirak edib.

"Macarıstanın baş naziri və Ukrayna dövlətinin başçısı Argentina Prezidentinin Buenos-Ayresdə inauqurasiya mərasimində görüşüblər. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı cənab Orban qeyd edib ki, Aİ-yə üzv olan ölkələr bu məsələni daim müzakirə edirlər", - Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed