Şrift:
Aİ-nin Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb
17.01.2024 [10:57] - Gündəm, Siyasət
Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir.

Bu barədə missiyanın "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edilib.

Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.

"Missiya Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir", - deyə əlavə edilib.

Xatırladaq ki, ötən il 21 fevral tarixində Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed