Şrift:
"Xiaomi" ilk elektrikli avtomobilini satışa çıxaracaq
13.03.2024 [10:15] - Gündəm
Çinin “Xiaomi” elektronika istehsalçısı ayın sonunda ilk elektrikli avtomobilini satışa çıxaracaq.

Bunu dünyada üçüncü ən böyük mobil telefon istehsalçısı olan “Xiaomi”nin icraçı prezidenti Ley Tsün deyib.

"Xiaomi SU7”nin rəsmi təqdimatı martın 28-də baş tutacaq", - deyə “Xiaomi”nin icraçı prezidenti Ley Tsün Çinin Weibo sosial şəbəkəsində yazıb. Anons ilk dəfə dekabr ayında mətbuata göstərilən avtomobilin fotoşəkili ilə müşayiət olunub.

Bu xəbərdən sonra martın 12-də günorta saatlarında Honq Konq Fond Birjasında “Xiaomi” səhmlərinin qiyməti təxminən 10 faiz artıb.

SU7 avtomobili yerli “BAIC” zavodu tərəfindən istehsal olunur, “Xiaomi” isə avtomobil üçün proqramlar və elektron komponentlər təqdim edir. Batareyaların 800 kilometrə qədər gediş ehtiyatı var.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed