Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev Türkiyədə səfərdədir. Fərəc Quliyev Ankarada keçirilən “Güney Azərbaycan I forumu”nda iştirak etdikdən sonara burada bir sıra görüşlər keçirib. Millət vəkili may ayının 16-da “İstanbul Dünya Siyasi Forumu”nda iştirak etmək üçün Ankaradan İstanbula səfər edəcək. Onun bu mötəbər Forumda “Yeni və Adil Bir Dünya Düzəni” paneli çərçivəsində çıxış edəcəyi gözlənilir. Xatırladaq ki, Fərəc Quliyev 1998-ci ildə həbsxanada “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını yazmışdır.