Fərəc Quliyev - hər kəs öləndə 5-10 kq vətən torpağına çevrilir
Fərəc Quliyev - hər kəs öləndə 5-10 kq vətən torpağına çevrilir
...Qaraçuxur Bələdiyyəsinin binasındakı deputat otağında hər gün səhər saat 10-dan axşam saat 18-dək köməkçim olur. Mən özüm isə hər həftənin şənbə günü orada seçiciləri qəbul edirəm. Bununla yanaşı, parlamentdə də bizə müraciətləri olur, insanları qəbul edirik.Bəlkə də, yeganə millət vəkiliyəm ki, hətta mobil telefonumun nömrəsini də seçicilər bilir - qoy hər kəs birbaşa zəng edə bilsin. İndiyə qədər 800-dən artıq müraciət olub. Əgər qrup halda müraciətləri də nəzərə alsaq, bu, 2000-dən çox edir. Heç bir müraciətə diqqətsiz yanaşmamışıq, hamısını mütləq araşdırmışıq, aidiyyəti qurumlara göndərmişik, arxasınca getmişik...