Deputat: “Gündəmi dəyişmək lazım deyil”
Deputat: “Gündəmi dəyişmək lazım deyil”
Millət vəkili Fərəc Quliyev hesab edir ki, bu gün gündəm təşkil edəcək daha ciddi mövzular var ki, belə olduğu halda İsa Qəmbərin hər hansı səfəri ətarfında ciddi müzakirələrin aparılması mənasız cəhd kimi görünür: “Bu gün Azərbaycanda, yerləşdiyimiz regionda, dünyada ciddi hadisələr baş verir ki, əsas diqqətimizi məhz bu iqtiqamətə yönəltməliyik. Bir siyasətçi kimi də məhz bu məsələrlə bağlı şərh verməyimiz daha doğru olardı. Misal üçün “Ziyalılar Forumu”nun həmtəsisçisi, yazıçı Əkrəm Əylisinin romanı daha ciddi müzakirə mövzudur, nəinki İsa Qəmbərin səfəri. İsa Qəmbərin Lənkərana səfəri ciddi hadisə deyil ki, buna münasibət bildirək. Görünür onlar özləri diqqət mərkəzinə gəlmək istədikləri üçün bu cür məsələlərlə ictimai rəyi məşğul etməyə çalışırlar. Mən isə düşünürəm ki, gündəmi dəyişmək, ictimaiyyətin diqqətini mənasız məsələrə yönəltmək lazım deyil”.
"Ermənilərlə danışmağın mənası yoxdur" - Fərəc Quliyev
-Bu arada Ermənistanda prezident seçkiləri öncəsi baş verən daxili siyasi prosesləri necə dəyərləndirərdiniz?

-Ermənistanda sui-qəsd edilmiş prezidentliyə namizəd hələ bir müddət əvvəl bəyanat vermişdi ki, biz Rusiyanın Ermənistana təsirlərini minimuma endirməli və müstəqil dövlət kimi davranmalıyıq. Bu fiqur, persona daha çox Rusiyadan asılı olmayan siyasətin yürüdülməsi tərəfdarlarından biri idi. Ona atılan güllə də məhz prezidentliyə namizədin bu fikirlərinə görədir. Yəni Rusiyanın işğalından qurtulmaq istəyində olan bir namizədə atılan güllədir. Ermənistanda istər prezident, istərsə də digər seçkilər olsun, bu ölkədə idarəetmə sisteminin mütləq Rusiyanın əlində olmasının təmin edilməsi düşünülür. Hesab edirəm ki, bu seçkilərdə də həmin siyasət davam edəcək. Biz bu günlərdə Polşada keçirdiyimiz görüşlərdə də bildirdik ki, Ermənistan tərəfi heç vaxt demokratik bir mühitdə seçkilər keçiməyib, bu istəkdə olmayıb. Ancaq təssüflər olsun ki, Avropa təsisatları Ermənistanın bu mahiyyətin göz ardına qoyub, ona fikir vermək istəməyiblər. İndiki halda Ermənistanda prezidentliyə namizədin güllələnməsi, bir neçə il əvvəl silahlı şəxslərin parlamentə girərək spiker də daxil olmaqla bir neçə nəfəri qətlə yetirməsi Ermənistanın mahiyyətindən xəbər verən məsələlərdir. Ona görə də düşünürəm ki, irəlidə də bu cür sürprizlərin olacağı qaçılmazdır.
İki nazirin, 8 deputatın səfərinin nəticələri
İki nazirin, 8 deputatın səfərinin nəticələri
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Polşa səfərinin nəticələrindən danışarkən belə deyib:

"Orada əməkdaşlıq üçün çox böyük imkanlarımızın olması da üzə çıxdı. Əslində Avropa təsisatlarında çalışa biləcək kadrların hazırlanması üçün Polşanın imkanlarından yararlanmaq potensialı məlum oldu. Görüşlərin də çox böyük əhəmiyyəti oldu: həm Seymdə, həm XİN-də olanlar. Bir sıra rəsmilərlə dialoq çox uğurlu nəticələndi. Eyni zamanda Şamaxı ilə Lodsk şəhərinin qardaşlaşması ilə bağlı müqavilə imzalandı. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müstəsna xidmətləri oldu. Çünki 4 günlük səfərin nəticələri 4 günlə əlaqəli deyil. Bu, aylarla çəkilmiş zəhmətə bağlıdır. Elxan Süleymanov dəfələrlə ora getməsi, polşalı parlamentarilərlə görüşləri, Polşanın Avropa Parlamentindəki təmsilçiləri ilə bir araya gəlməsi öz əhəmiyyətini göstərməyə başlayıb. Onun əməyini həm də ona görə yüksək qiymətləndirirəm ki, iki il əvvəl Azərbaycana qarşı çıxan deputatlar respublikamızın mövqelərini müdafiə etməyə başlayıblar".