KREDİT FAİZLƏRİ AŞAĞI SALINACAQ
KREDİT FAİZLƏRİ AŞAĞI SALINACAQ
Məlum olduğu kimi, ölkəmiz əhaliyə verilən istehlak və biznes kreditlərinin faiz dərəcəsinin yüksəkliyinə görə dünyada ilk yerlərdən birini tutur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyevin 16.03.2012-ci il tarixdə Milli Məclisin iclasında hökumətin hesabatı ilə bağlı çıxışı zamanı hökumətin bu istiqamətdə yürütdüyü siyasəti tənqid edərək bildirmişdi ki, “Azərbaycanın neftdən gələn gəlirinin əsas hissəsi kredit kimi illik 3%-lə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyyə qurumlarından kifayət qədər böyük faizlə borc alırlar. Kommersiya bankları maliyyə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırır. Bank sektorunun ən ciddi problemlərindən biri maliyyə dayanıqlığının və likvidliyinin aşağı olması ilə bağlıdır. Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməməsi və kommersiya banklarının saxlanması ilə bağlı tədbirlərin görülməməsi öz mənfi təsirini göstərir. Hesab edirəm ki, bu yanaşma dəyişilməlidir.”
Prezidentliyə namizəd 40 milyard dolların ölkəyə gətirilməsini tələb edir
Prezidentliyə namizəd 40 milyard dolların ölkəyə gətirilməsini tələb edir
F.Quliyev Milli Məclisin 15 mart 2013-cü ildəki iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən də bununla bağlı demişdir ki, “Dövlət Neft Fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Təklif edirəm ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilsin və əsgərlikdən qayıdan, kənd və rayonlarda yaşayan bütün gənclərə istinasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kredit və torpaq sahəsi, daimi yaşayış yeri şəhər olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi və iş qurması üçün müvafiq layihə təkliflərinə uyğun olaraq eyni faizlə kreditlər nəzərdə tutan dövlət siyasəti proqramı hazırlansın”.
MDHP Ali Məclisi prezident seçkiləri ilə bağlı toplandı
MDHP Ali Məclisi prezident seçkiləri ilə bağlı toplandı
Bugün 15.09.2013-cü il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının Ali Məclisinin yığıncağı keçirildi. Ali Məclisin yığıncağında aşağıdakı məsələlər gündəliyə qoyuldu və müvafiq qərarlar qəbul olundu:

1. MDHP Ali Məclis katibinin seçilməsi məsələsi.
2. Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində MDHP tərəfindən verilmiş namizədin qeydə alınması üçün imzaların toplanması dövründəki fəaliyyətlə bağlı məsələ
3. MDHP-nin prezidentliyə verdiyi namizədin səlahiyyətli nümayəndələrinin təyin edilməsi ilə bağlı məsələ
4. Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində 16-sı sentyabrda başlayacaq təbliğat kompaniyası ilə bağlı məsələ
5. Prezident seçkiləri zamanı dairələr üzrə MDHP tərəfindən müşahidəçilərin verilməsi ilə bağlı məsələ
6. Cari məsələlər
Prezidentliyə namizəd Fərəc Quliyevin təbliğat materialları Qırmızı körpü keçid məntəqəsindən Azərbaycana buraxılmır.
Prezidentliyə namizəd Fərəc Quliyevin təbliğat materialları Qırmızı körpü keçid məntəqəsindən Azərbaycana buraxılmır.
2013-cü il 09 oktyabrda keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Prezidentliyə namizəd Quliyev Fərəc İbrahim oğlunun təbliğat işinin təşkil edilməsi məqsədi ilə Milli Dirçəliş Hərəkatı Partiyasının sifarişi əsasında Türkiyə Cumhuriyyətində hazırlanmış təbliğat materialları Qırmızı körpüdə Gömrük işçiləri tərəfindən qeyri-qanuni saxlanılaraq Azərbaycan ərazisinə buraxılmır. Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulur. Bunula bağlı MSK-ya və Gömrük Komitəsinə müraciyət edilməsinə baxmayaraq heç bir tədbir görülmür.
“Bütün namizədlər üçün bərabər şərait yaradılır” - MÜSAHİBƏ
“Bütün namizədlər üçün bərabər şərait yaradılır” - MÜSAHİBƏ
Fərəc Quliyev: “Özünü qərbyönümlü, milli demokratik düşərgə kimi təqdim edən bir qisim adamın başı Rusiyanın qoltuğundan çıxdı”

“Təəssüflər olsun ki, hələ də bu oyunun içərisindədirlər”

Bu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olan siyasilərdən biri də Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdir. Artıq imzatoplama kampaniyasını başa vuran partiya sədri prezident seçkilərinin ilkin mərhələsində mövcud olan vəziyyət və ölkədəki ictimai-siyasi proseslərdən danışıb. Fərəc Quliyev bəzi namizədlərin xaricdən dəstək axtarmasını da tənqid edib.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Biz Azərbaycanı sivil yolla dəyişmək iddiasındayıq"
Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin sözlərinə görə, konstruktiv müxalifət partiyası olaraq onlar əsasən insan amilinə önəm verəcək: "Biz gerçək müxalifət təşkilatı olaraq milli-demokratik qüvvəyik. Ən azından son hadisələr bunu bir daha göstərdi. Adamlara, təşkilatlara, partiyalara mövqelərinə, əməllərinə görə qiymət verirlər. Kimsə götürüb özünə bir ad qoyursa, bu ona uyğun bir şey deyil ki. Hərə özünə bir təxəllüs götürə bilər. Hesab edirəm ki, bizim davranışımızla bizimlə bərabər hakimiyyətdə olmayan qüvvələrin mövqeyi aydın oldu. Yəni kim-kimdir və kim hardadır. Biz millətin yanında olan müxalifət təşkilatıyıq və eyni zamanda, hakimiyyətə müxalifətdəyik. Həmçinin, müxalif düşüncəmizi hakim etməkdə maraqlıyıq. Legitimliyi qazanmaq istəyirik və zehniyyətimizi iş başına gətirmək iddiasındayıq. Millətdən sızan, bulaq kimi qaynayan, çaylaşan, okeanlaşan düşüncənin hakim olmasını istəyirik. O düşüncə ki, mayasında millətə xidmət, insan amili dayanır. Ortasında bir insan amili olan, Azərbaycanı içinə alan, məhvərində azərbaycançılıq ideologiyası olan bir kəsimdən söhbət gedir. Ancaq digər təşkilatlar ki var, hansı ki, uzun müddət idi özlərini milli-demokratik düşərgə adlandırırdılar, başları Rusiyanın qoltuğundan çıxdı. Bu zaman milli demokratiklik olmadı ki. Unutmaq olmaz ki, hələ 20 Yanvar şəhidlərinin qanı qurumayıb. Belə olduğu halda, sözügedən düşərgənin təmsilçiləri Rusiyanın zehniyyətini Azərbaycana gətirmək istəyirlər. Özünü milli-demokratik düşərgə adlandıran həmin şəxslər Saakaşvili qədər olmadılar.
Bu seçkidə radikal və konstruktiv müxalifət namizədlərinin mübarizəsi necə gedəcək?
Bu seçkidə radikal və konstruktiv müxalifət namizədlərinin mübarizəsi necə gedəcək?
Prezidentliyə namizəd olan millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycanda olan müxalif qüvvələrin arasındakı fərqi cərəyan edən son proseslər açıq ortaya qoydu":Bir var Azərbaycanda hakimiyyətə müxalif olan və öz millətinə söykənən bizlər, bir də var xarici qüvvələrin əlində olan, öz dövlətinə qarşı müxalifətçilik edənlər. Milli-demokratik düşərgənin təmsilçisi olaraq biz hakimiyyəti idarə etməyə olan iddiamızı ortaya qoyacağıq. Hazırda hakimiyyətin buraxdığı bütün səhvlərə tənqidi yanaşacağıq və alternativ planlarımız haqda danışacağıq. Xaricdən maliyyələşərək, onlara uşaqlıq etmək istəyənlərlə polemika aparmaq fikrində deyiləm. Çünki həmin seçkinin mahiyyəti başqadır. Ancaq bu heç də o demək deyil ki, onların qabağından qaçmaq fikrimiz var".
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Prezidentliyə namizədliyi üçün imzaların toplanmasına maneələr yaradılır.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin Prezidentliyə namizədliyi üçün imzaların toplanmasına maneələr yaradılır.
“Azərbaycan Respublikasının Seçki məcəlləsi”nin tələblərinə uyğun olaraq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyevin namizədliyinin qeydiyyata alınması üçün Ağdam rayon Üç oğlan kəndində imza toplayan MDHP üzvülərinə kəndin İcra Nümayəndəsi Əliyev Asif Səhrad oğlu tərəfindən müdaxilə edilərək, maneçilik törədilmişdir. İcra Nümayəndəsi səlahiyyət həddini aşaraq “məndən icazə almadan imza toplamaq qadağandır” deyə bildirmişdir.
İmza toplamaq üçün MDHP tərəfindən görəvləndirilmiş MDHP üzvüləri qanunun tələblərini izah etmələrinə və İmza toplamaq üçün təlimatı İcra Nümayəndəsinə göstərmələrinə baxmayaraq İcra Nümayəndəsi Asif Əliyev imza toplanmasına imkan verməyib.
“Rusiya Milli Şura vasitəsilə Azərbaycana təzyiq edir” - AÇIQLAMA
“Rusiya Milli Şura vasitəsilə Azərbaycana təzyiq edir” - AÇIQLAMA
F.Quliyev bunun bariz nümunəsi kimi, Rusiya prezidentinin Azərbaycana səfəri və əldə olunan razılıqları misal göstərib. O bildirib ki, əgər Azərbaycan Qəbələ RLS kimi bir vacib məsələdə birmənalı mövqe ortaya qoyaraq geri çəkilmədisə, amma bu dəfə bu mövqeyi nümayiş etdirə bilmədi: “Çünki daxildəki Rusiyanın maraqlarına xidmət edən qüvvələrin köməyi ilə Moskva öz istəyinə nail oldu. Məhz Milli Şuranın fəaliyyəti Azərbaycanın Rusiya ilə danışıqlarında və edilən təzyiqlərinin qarşısının alınmasında manevr imkanlarını məhdudlaşdırdı. Bunun nəticəsi olaraq Rusiya Milli Şura vasitəsi ilə Azərbaycana təzyiq edərək tam da olmasa müəyyən mənada istəyinə nail oldu. Bununla da Milli Şura Azərbaycanın milli maraqlarına zərbə vurmuş oldu”.
Prezidentliyə iddiaçılar Qarabağ probleminin həlli üsullarına münasibətlərini açıqlayır.
Prezidentliyə iddiaçılar Qarabağ probleminin həlli üsullarına münasibətlərini açıqlayır.
Prezidentliyə namizəd, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ məsələsinin ölkənin ən ciddi problemi olması səbəbindən bununla bağlı gizlətdikləri nəsə yoxdur: "Partiyamızın məsələyə yanaşması var. Platformamızda da onun bir qədər genişləndirilmiş formasını təqdim edəcəyik. Azərbaycan xalqı yalnız ədalətli status-kvonun bərpası ilə razılaşa bilər. Mən hətta İrəvanda Sarkisyanın öz kabinetində ona bildirmişəm ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir və bundan sonra dövlətimiz erməni əsilli Qarabağ sakinlərinin bütün hüquqlarını müdafiə etməyə hazırdır. Bizim yanaşmamıza görə, işğala birmənalı olaraq son qoyulmalıdır və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Problemin danışıqlar yolu ilə nizama salınmasını istəyirik, amma sonuc olaraq ədalətli status-kvo öz həllini tapmasa, birmənalı şəkildə hərbi yolu tələb edirik. BMT-nin də məsələyə iki yanaşması var: hərbi və qeyri-hərbi yol. Öz mandatından istifadə edib, BMT də lazım gəlsə hərb yolunu seçməlidir".
Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü
Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü
Milli Dirçəliş Hərəkatı Partiyası 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərinə MDHP sədri, Millət Vəkili Quliyev Fərəc İbrahim oğlunun namizədliyini irəli sürdü

13 avqust 2013-cü il tarixində MDHP Ali Məclisinin yığıncağında üçdə iki səs çoxluğu ilə Fərəc bəyin Prezidentliyə namizədliyi irəli sürüldü:

Gündəlikdəki məsələlər üzrə MDHP Ali Məclisinin sədri Tahir Seyidov çıxış edərək bildirdi ki, 09 oktyabrda Azərbaycanda keçiriləcək Prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının iştirak etməsi vacibdir. Ümumiyyətlə siyasi təşkilatların seçkilərdə iştirak etməsi və bununla bağlı demokratik yeniləşməyə hər bir cəmiyyətdə ehtiyac vardır. Ali Məclisin sədri partiyanın sədri, Millət Vəkili Quliyev Fərəc İbrahim oğlunun prezidentliyə namizədliyinin Ali Məclis tərəfindən irəli sürülməsini təklif etdi.
Fərəc Quliyev : Ermənistan-Azərbaycan münaqişəsi Yeni Dünya Düzənini ciddi təhdid edir
Fərəc Quliyev : Ermənistan-Azərbaycan münaqişəsi Yeni Dünya Düzənini ciddi təhdid edir
Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi dünya dövlətləri tərəfindən müxtəlif cür adlandırılır. Kimisi bunu Qarabağ problemi adlandıraraq, burada ermənilərin milli özünütəyinetmə mübarizəsi apardığını, kimisi etnik qarşıdurma olduğunu, kimisi ermənilərə qarşı etnik dözümsüzlük göstərildiyini, kimisi ermənilərin tarixi haqları uğrunda mübarizə apardıqlarını irəli sürür; həmçinin baş verənləri kimisi dini dözümsüzlüyə qarşı hərəkat, kimisi sosial-iqtisadi fərqlərdən doğan etiraz, kimisi Ermənistanın dəstəklədiyi lokal separatçılıq, kimisi “Böyük Ermənistan” proqramının tərkib hissəsi, kimisi Ermənistanın Azərbaycana ərazi iddialı müdaxiləsi, kimisi isə Rusiya siyasətinin tərkib hissəsi olan bir münaqişə kimi qiymətləndirir.
Boykot barədə danışmağın siyasi əhəmiyyəti yoxdur
Boykot barədə danışmağın siyasi əhəmiyyəti yoxdur
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də bütün seçkilərdə partiyaların iştirakını vacib sayıb. Bildirib ki, bu, həm siyasi təşkilatların daha da qüvvətlənməsi, təcrübə toplaması, həm də cəmiyyətin siyasi fəallığının artması üçün gərəklidir. Onun sözlərinə görə, demokratik seçkilər milli iradənin hansı formada olduğunu nümayiş etdirmək baxımından da əhəmiyyətlidir: “Ola bilər ki, hər hansısa səbəbdən seçkiyə qatılmırsan. Tutaq ki, hansısa partiyanın maliyyə imkanları onun seçki prosesinə qatılmasına imkan vermir. Bu tamamilə fərqli yanaşmadır. Lakin boykot etmək naminə, seçkinin qarşısını almaq naminə bu prosesə qatılmamaq yolverilməzdir. Bu, proseslərdən kənara çəkilmək, ölkənin siyasi həyatını xaosa buraxmaqdır. İstənilən ölkədə hər hansı dəyişiklik demokratik yolla, seçki vasitəsilə gerçəkləşdirilir
MDHP sədri Fərəc Quliyev: Milli Şuradakıların Dədə Qorqudluq etmələri yersizdir
MDHP sədri Fərəc Quliyev: Milli Şuradakıların Dədə Qorqudluq etmələri yersizdir
Milli Şuradakıların çoxu hesab edir ki, müxalifətçilik hakimiyyətin qərəzli tənqid və hətta bir çox hallarda təhqir olunmasıdır. Eyni zamanda, hesab edirlər ki, müxalifətçilik başqa ölkələrin maraqlarına xidmət edərək, milli mənafelərə arxa çevirməkdir. Yəni onların düşüncəsi, müxalifətçiliyə yanaşmaları bundan ibarətdir.

Amma hər kəs, o cümlədən də belə yersiz fikirlər səsləndirənlər bilsinlər ki, müxalifət Milli Şuradakılardan ibarət deyil. Məlumdur ki, Azərbaycanda Milli Şuradan kənar çox sayda müxalif siyasətçi prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Bu faktı görməzdən gəlmək primitiv bolşevizmin göstəricisidir.
“Müxalifətçilik adı altında dövlətə və cəmiyyətə müxalifətçilik yolunu tutublar” I hisse
“Müxalifətçilik adı altında dövlətə və cəmiyyətə müxalifətçilik yolunu tutublar” I hisse
- Dediyim kimi, normal qaydada hər hansı bir ölkə ilə əməkdaşlıq mümkündür. Azərbaycan isə hazırda bütün qonşularla, bütün ölkələrlə “sıfır problem” siyasəti yürüdür. Mən də bunu qəbul edirəm. Azərbaycan istəyir ki, bütün qonşularla yaxşı münasibətləri olsun. Amma iradəmizdən asılı olmayaraq qonşular bizə qarşı fərqli davranış nümayiş etdirirlərsə, buna adekvat addımlar atmaq və bunun cavabını vermək lazımdır. Bu baxımdan bəzi müxalif qrupların xarici dairələrdə tərəfdar axtarması, bununla bağlı çabalarının qaranlıq tərəfləri və antimilli xüsusiyyətləri barədə düşünməyə dəyər. Nəzərə almaq lazımdır ki, istənilən siyasətçinin, vətəndaşın davranışı sonda milli təhlükəsizliyə xidmət etməlidir, milli təhdidlərə yox. Azərbaycanın milli təhlükəsizliyini təhdid altında saxlayan istənilən davranış, əlaqə, görüş və kənardan verilən dəstək Azərbaycanda qəbuledilməzdir. Buna qarşı barışmaz olmaq lazımdır.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Bu, ən yüngül adlandırsaq, vətənə xəyanətdir”
Müxalifət bu cür antoqonist mövqelərdən niyə qurtula bilmir?

- Mən həmişə çalışmışam ki, qütbləşmələrdən qaçaq və bir bütünləşməyə nail olaq. Azərbaycan cəmiyyətində qütbləşmədən bütünləşməyə keçid olmalıdır. Bizim baxışlarımız da bu məqama köklənir. Hesab edirik ki, Azərbaycanda “mərkəz alan” təfəkkür sistemi birliyi təmin edən bir sistem olmalıdır ki, siyasi qüvvələrdə də dövlətçilik təfəkkürü güclü formalaşsın və inkişaf etsin. Bu düşüncə birliyi hər kəsdə hakim olmalıdır. İnsanlar əvvəlcə düşüncə birliyinə nail olmalıdırlar. Bunun üçün də çalışırıq ki, cəmiyyətin müəyyən tərəfləri, təbəqələri arasında konsolidasiya prosesləri getsin. Hakimiyyət uğrunda dava olmamalıdır, hər kəs özünün resurs bazasına və xalqına söykənərək dövlətçilik üçün çalışmalıdır.
“Dövlət maraqlarını satmaqla hər hansı bir mövqe qazanacaqsansa, bu nə vətəndaş, nə də siyasətçi mövqeyi olacaq. Bu yalnız satqın mövqeyi adlandırıla bilər”
Fərəc Quliyev:“Mən Azərbaycan ordusuna, onun zabitlərinə güvənirəm”
Fərəc Quliyev:“Mən Azərbaycan ordusuna, onun zabitlərinə güvənirəm”
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında həmkarından fərqli olaraq Azərbaycan ordusundakı yeniliklərin təqdirəlayiq olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda ordu quruculuğu istiqamətində atılan addımların müsbət nəticələri göz önündədir: “Mən hər hansı bir şəxsin fikirlərinə şərh vermək istəmirəm, xüsusilə də, burada söhbət millət vəkilindən gedirsə. Deməliyəm ki, hər bir millət vəkili istənilən fikri səsləndirməkdə sərbəstdir. Əgər bu fikri söyləyən şəxsin əlində yetərli qədər sübut-dəlil varsa, bu barədə ondan məlumat almaq daha doğrudur. Amma mən hesab edirəm ki, bu gün Azərbaycan ordusu kifayət qədər peşəkar bir orduya çevrilib. 90-cı illərdən fərqli olaraq, bizim ordudakı zabit kadrları Rusiyada və ya digər xarici ölkələrin hərbi məktəblərdə deyil, Azərbaycandakı hərbi akademiyalarda yetişdirilir. Azərbaycan bu məsələdə hər hansı bir ölkədən asılı deyil. hesab edirəm ki, bu faktın özünü kifayət qədər böyük müvəffəqiyyət kimi qəbul etmək olar”.
Deputatlar yaz sessiyasını belə qiymətləndirirlər
Deputatlar yaz sessiyasını belə qiymətləndirirlər
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev lazım olan qanunların bu sessiyada qəbul olunduğunu söyləyib. O, Milli Məclisin qanun qəbul etməklə bağlı probleminin olmadığını söyləyib.

“Mən bunu həmişə demişəm. Ən mükəmməl qanunlar qəbul edilir. Ancaq qanunların icrası ilə bağlı böyük problemlər var. Qanunların icrası demək olar ki, normal vəziyyədə deyil. Mən həmişə onu tələb edirəm ki, icra aparatı orqanlarını, nazirlərin dəvət edək və hesabatlarını dinləyək”.

F.Quliyev qeyd edib ki, sosial yönümlü bir çox qanunlar qəbul olunmalıdır. “İnsanların həyat tərzini yüngülləşdirən, onların kredit almaqları ilə bağlı olan məsələləri, şəhid ailələrinə, yaşayış imkanları aşağı olan ailələrə, iş yerləri ilə bağlı olan məsələrlə bağlı layihələr hazırlanmalıdır. Hərbi məsələlər var idi ki, bunların qəbul olunmasının vacib olduğunu düşünürəm. Magistraturada təhsil alan tələbələrlə bağlı məsələ həll olunmalıdır. Düzdür, “Təhsil haqqında” Qanun qəbul olunub, amma ona ciddi əlavələr edilməlidir”-deyə, deputat əlavə edib.
Fərəc Quliyev: -Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun-
Fərəc Quliyev: -Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun-
Kazimirovun "Naxçıvan sərsəmləmələrinə" MR siyasiləri nəhayət reaksiya verdilər
Fərəc Quliyev: "Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun"
"Mən bu mövzu ilə bağlı nümayiş olunan susqunluğu kəskin şəkildə pisləyirəm"

Uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan, lakin ortaya heç bir nəticə çıxara bilməyən ATƏT-in Minsk Qrupu müxtəlif vaxtlarda istər rəsmi Bakının, istərsə də Azərbaycan ictimaiyyətinin fərqli təbəqələrinin kəskin tənqidinə tuş gəlib. Cərəyan edən bəzi hadisələr qurumun heç bir real işlə məşğul olmadığına, sadəcə, baş girələdiyinə əyani sübutdur.
Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyev Belçikada səfərdədir.
Avronest Parlament Assambleyası - 29.05.2013 Plenar iclasın ikinci günü.

Avronest Parlament Assambleyasının plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyevin ,Vulnusda keçiriləcək sammitə təklifləri:

Təşəkkür edirəm, cənab sədr!

Hörmətli kolleqalar,Vulnusda keçiriləcək sammitə təkliflərimi nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla hamımız bilirik ki, Avronest Parlament Assambleyasının fəlsəfəsi əməkdaşlıqdırsa, əməkdaşlığın özünün hədəfi də təhlükəsizlikdir. Buraya iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyin qorunması və s. aiddir. Dünən cənab Fulenin konseptual bir çıxışı oldu və o, həm Aİ-nin prioritet və hədəflərini göstərdi və həm də Şərq tərəfdaşlarının Avropa təsisatlarından gözləntilərini soruşdu. Şərq tərəfdaşları təbii ki, əməkdaşlıqda maraqlıdır. Amma şərq tərəfdaşlarının yerləşdiyi bölgədə münaqişələr varsa və bu münaqişələr öz həllini tapmırsa hansı əməkdaşlıqdan danışmaq mümkündür? Bu yalnız işğal altında olan Şərq Tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinin işğaldan azad olunması müqabilində reallaşa bilər. BMT tərəfindən tanınmış sərhədlərə, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin sərhədlərinə hörmətlə yanaşılmalı və ümumi səylərlə Azərbaycan və Gürcüstanın pozulmuş ərazi bütövlüyü bərpa olunmalı, işğalçı ordular bu ölkələrin ərazilərindən çıxarılmalıdır.