Millət azadlığı. Xalqın xoş günü
Sənin arzuların, -amalın oldu,
ƏLLİ İL ömründən zaman ötürdün.
Həyatın fərəhli illərlə doldu.
Bəzən ölüm ilə üzbəüz durdun,
Haqq səninlə oldu, sən zərbə vurdun...
Vətən eşqi ilə şəri susdurdu...
Şərə qalib gəlmək şərəfıi yoldu.
“Bütöv Azərbaycan” böyük diləyin...
Tanrının qüdrəti olsun köməyin!
“Şimalın şərləri” çöksün fələyin,
Sevinək zalımın şəri sovuldu-
BÜTÖV AZƏRBAYCAN
TAM GERÇƏK OLDU!..