Suraxanı rayonunda cari ilin 9 ayına yekun vurulmuşdur. Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.
Suraxanı rayonunda cari ilin 9 ayına yekun vurulmuşdur. Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.
Tədbirdə Suraxanı rayonunda cari ilin 9 ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə dövlət və yerli proqramlarının icrası Suraxanıda uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Suraxanı rayonu üçün nəzərdə tutulmuş 102 tədbirdən 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmışdır. Rayon üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuşdur. Onlardan 37-si təhsil sahəsinə, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsinə aid tədbirlərdir.
Rayonun sənaye müəssisələri cari ilin 9 ayında 233,1 milyon manatlıq iş yerinə yetirmiş, artım 117 faiz təşkil etmişdir. Bir işçinin orta aylıq əmək haqqı 543 manata, sənayedə çalışan işçinin isə 689 manata çatmış, 1802 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Rayonda 24 sahibkara 1 milyon 44 min manat məbləğində güzəştli kredit verilmişdir.

Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.
Deputat xarici işlər nazirini parlamentə çağırmağı təklif edir
Deputat xarici işlər nazirini parlamentə çağırmağı təklif edir
“Media forum” saytının məlumatına görə, deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr olur, amma Azərbaycan parlamenti ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr keçirmir: “Biz dəfələrlə bunu təklif etmişik. Lakin təkliflərimiz nəzərə alınmır. Münaqişə ilə bağlı vahid mövqe yoxdur. Bir qrup deyir Azərbaycan icması ilə Dağlıq Qarabağda yaşayan erməni icması arasında danışıqlar aparılsın. Digərləri deyir ATƏT-in Minsk qrupu vasitəçiliyini davam etdirməlidir. Başqaları isə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların olmasını təklif edir. Başqa mövqelər də var. Ona görə də bu məsələdə koordinasiya olmalıdır, vahid mövqe formalaşdırılmalıdır. İşin koordinasiya olunması üçün daimi fəaliyyət göstərən bir komissiya formalaşdırılmalıdır. Heç olmasa beynəlxalq təşkilatların tədbirlərinə gedən deputatlar bir məsələ qaldıranda vahid mövqedən çıxış etsinlər.
Fərəc Quliyev:
Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""
Fərəc Quliyev: "Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur...""
... Var bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı..."


...Güney Azərbaycan Milli Azadlıq Hərəkatı yoxdur, var bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı. Həmin hərəkat olub, davam edib və Əbülfəz Elçibəyin liderliyi ilə Quzey Azərbaycanda müstəqil dövlət qurmaqla tamamlanıb. Bundan sonrakı dönəmdəki ikinci mərhələ Güney Azərbaycanın istiqlalıdır. Oradakı soydaşlarımızın fəallıqlarına baxmayaraq, biz də bu hərəkata öz dəstəyimizi verməliyik. Həmin nöqteyi-nəzərdən bu tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz Milli Dirçəliş Hərəkatı Partiyası departamentlik institutu yaratmışıq. Bu, Azərbaycanda analoqu olmayan təşkilatdır. Yəni partiyamızın Borçalı, Dərbənd, Qərbi Azərbaycan, Güney Azərbaycan, Bakı və Ətraf Kəndlər departamentləri fəaliyyət göstərir. Güney Azərbaycane departamenti bu gün (dünən) bu tədbiri təşkil etməklə, həm də təşkilaiımızın məsələlərə münasibətini ortaya qoyur. Bu, bütövləşmə yönümündə səy göstərən, qüvvələrlə, digər təşkilatlarla, fərdlərlə həmin istiqamətdə gələcəkdə də əməkdaşlığımızın olacağına dair mesajdır. Tam əminliklə deyirəm ki, bu gün (dünən) simvolik günü qeyd ediriksə, çox qısa zaman ərzində Güney Azərbaycanda da müstəqil dövlətin qurulacağını, bir müddət sonra isə Azərbaycanın bütövləşməsini qeyd edəcəyik.
Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR
Siqnator deputat, idman ustası, döyüşçü, partiya başqanı və… - FOTOLAR
… 50 yaşlı Fərəc Quliyev: «Mənasız keçən günüm olmadı»

Fərəc bəyin kövrək, həssas bir qəlbi var

Əslində, o, özü öz portretini çoxdan çizib, çoxdan sözünü deyib və millət, xalq yolunda xidmətləri danılmaz faktdır. O özü haqqında maraqlı bir fikir deyib: «Mən parlamentdən məhbəsə, məhbəsdən parlamentə yol keçmiş adamam. Mən Azərbaycan müstəqilliyinə səs verənlərdən biriyəm. Mən öz keçmişimlə fəxr edirəm». Sakit təbiətli, insanlara sayğı ilə yanaşan, hər kəsi dinləməyi sevən, özündən həm yaşca, həm başca kiçik olanların belə sözünü kəsmədən dinləmək bacarığı olan deputat Fərəc Quliyevi bir daha tanımaq istədim. Onun haqqında bu sətirləri yaza-yaza onu bir daha tanıdım, kəşf etdim. Bu gün Fərəc bəyin 50 yaşı tamam olur. 50 yaş indiki zəmanədə ömrün nə əvvəli, nə yarısı, nə də axırı sayılmır. Amma gənc yaşlarından xalq-millət üçün ağır, sıldırımlı yollarda yol daşlarıyla, yoldaşlarıyla yoldaşlıq edən Fərəc Quliyevin 50 illik ömrü bəlkə də, 150 ilə bərabərdir. Xalq hərəkatının öncüllərindən, milli-azadlıq hərəkatından zəfərlə çıxan liderlərdən biri olan Fərəc bəy məşəqqətli, amma bütün hallarda xalqın-millətin taleyi ilə bağlı olan bir ömür yaşayıb. Mən onu həbsdən əvvəlki fəaliyyətini çox az xatırlayıram. O zaman jurnalistikaya yeni gəlmişdim. Bir neçə ildən sonra eşitdim ki, Fərəc Quliyev həbs olunub.