Fərəc Quliyev: - "Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi birgə hərbi təlimlərdə ən mühüm olanı odur ki, bununla dünyaya türk etnoslarının qurduğu cümhuriyyətlərin güclü olduğu və gücümüzü də bir yerdə ancaq sabitliyə, barışığa həsr etməkdə maraqlı olduğumuz mesajını veririk. Hər hansı bir bloklaşmamız təhdid xarakterli deyil və kimsənin ərazisini işğal etməyə yönəlməyib. Bu bölgədə barışa söykənən daimi bir sabitliyin olması üçün bizimlə hesablaşmaları və gücümüzü nəzərə almaları lazımdır.