Fərəc Quliyev Şərq Tərəftaşlığı Proqramında Azərbaycanın milli mövqeyini təqdim edib -video.
Fərəc Quliyev Şərq Tərəftaşlığı Proqramında Azərbaycanın milli mövqeyini təqdim edib -video.
"Qarabağ məsələsinə dünya susduğu üçün, Ukrayna məsləsi meydana çıxdı"

Milli Dirçəliş Hərəkatı Partiysının sədri, millət vəkili Fərəc Quliyev İctimai Televiziyanın "Ortaq Məxrəc" verilişində qonaq olub. "Şərq Tərəfdaşlığı Proqramı və Azərbaycan" mövzusuna həsr edilmiş verilişdə partiya sədri Şərq Tərəftaşlığı Proqramında Azərbaycanın milli mövqeyini təqdim edib. Fərəc Quliyev beynəlxalq qanunlar və Avropa təcrübəsinə uyğun olaraq əsaslandırıb ki, bu proqram çərçivəsində Azərbaycan ilə Ermənistana bərabər tərəf kimi baxıla bilməz. Millət vəkili qeyd edib ki, bu əsaslanmanı vaxtiylə Avropa İttifaqının prezidentinə də təqdim edib.
Fərəc Quliyevin həmin verilişdəki nitqinin videoyazısını təqdim edirik: