İran yenə Azərbaycan qarşısında öhdəliyini pozur
İran yenə Azərbaycan qarşısında öhdəliyini pozur
Millət vəkili Fərəc Quliyevin fikrincə, Tehranın öhdəliklərə əməl etməməkdə məqsədi Azərbaycanın mövcudluğuna maneə olmaqdır: "İranın məqsədi Azərbaycanı aradan çıxarmaqdır. Bu onların strateji məqsədidir. Onlar ölkəmizin güclü olmasını istəmir, bundan əndişələnirlər. Azərbaycan birmənalı şəkildə özünün dost və düşmənini müəyyənləşdirməlidir. İranın bu hərəkətinə qarşı hakimiyyət və mətbuatda ciddi mövqe qoyulmalıdır. Onlar Azərbaycana münasibətdə bölücü işlərə rəvac verirlər. Aydın məsələdir ki, molla rejimi heç vaxt Azərbaycanın mənafeyinə uyğun hərəkət etməyəcək. Bu səbəbdən də İranın bu davranışı mənim üçün təəccüblü deyil".
«...hər an müharibə gözlənilir, yəni döyüş bitməyib» -Müsahibə
«...hər an müharibə gözlənilir, yəni döyüş bitməyib» -Müsahibə
- Parlamentin ilk iclasında mən eks-prezidentlərin statusu məsələsini gündəmə gətirdim. Əvvəllər də bu məsələlər gündəmə gətirilmişdi. Buna baxmayaraq, mən də təkliflərlə çıxış etdim. Çox məmnunam ki, cənab prezdentin də bu məsələyə müsbəti müsbət oldu. Bundan başqa, konstitusiyada da nəzərdə tutulmuşdu ki, keçmiş prezidentlər haqdaqanun layihəsi hazirlansın . Bununla da qanunda həmin boşluq dolduruldu, həm də cəmiyyətin özündə bir barışın, öz keçmişinə hörmətlə yanaşma tendensiyasınının təməli qoyuldu. Çox normal bir yanaşma idi və əlbəttə mən də çox sevindim ki, mənim ikinci dönəm parlamentdə (birinci dönəm 1990-95-ci illərdə deputat olmuşam) olduğum vaxt ilk dəfə qaldırdığım - təbii ki, mən təkbaşına bunun müəllifi olduğumu iddia eləmirəm - bu qanun layihəsi qəbul olundu. Və mənim rəhbərim, (o vaxt mən Xalq Cəbhəsində AXC sədrinin birinci müavini və AXC icraiyyə komitəsinin sədri idim, Əbülfəz Elçibəy də AXC sədri və Azərbaycan Respublikasının prezidenti idi). Nəhayət, uzun zaman keçməsinə baxmayaraq, onun qanuni statusu müəyyənləşdi. Onun ailəsi bilirsiniz ki, çox əziyyət çəkib.
Fərəc Quliyev 2012-ci il dövlət büdcəsi layihəsini sərt tənqid etdi
Fərəc Quliyev 2012-ci il dövlət büdcəsi layihəsini sərt tənqid etdi
Büdcə layihəsinə nəzər saldıqda görürük ki, 2012-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 32.3 faizi Vergilər Nazirliyi, 7.3 faizi Dövlət Gömrük Komitəsi, 60.3 faizi Dövlət Neft Fondu, 0.1 faizi isə başqa mənbələr hesabına təmin ediləcək. Büdcə gəlirlərinin artımının 79.5 faizi Neft Fondundan transfertlərin hesabına baş tutacaq. 2012-ci ilin gəlirlərində proqnozlaşdırılan 810.96 milyon manatlıq artımın 79.5 faizi Neft Fondunun, qalanı isə Vergilər Nazirliyi və DGK-nın payına düşür. Beləliklə, 2012-ci ildə fondun transfertlərinin büdcə gəlirlərindəki payı 60.26 faizə çatacaq ki, bu da indiyənədək qeydə alınacaq ən yüksək göstərici olacaq. Göründüyü kimi, ölkə iqtisadiyyatında mühüm maliyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrində risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyukturasından asılılığının azaldılması və qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində ciddi tədbirlər görülməyib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev Azərbaycan xalqını təbriki
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev Azərbaycan xalqını təbriki
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev Azərbaycan xalqını "17 Noyabr - Milli Dirçəliş Günü" münasibətilə təbrik edir:

“Hər millətin varoluşu uğrunda mücadiləsi həmin millətin milli dirçəlişidir. Tarixin hər dönəmində millətlər azadlıqları uğrunda vuruşur. Türk xalqı zaman-zaman əzilsə də heç vaxt qürurundan bac verməyib. Yetmiş illik əsarətin belə sındıra bilmədiyi milli əzm bizi azadlığımıza qovuşdurdu. Bir xalqın ən böyük hünəri özünə dönməsi, özünə sahib çıxmasıdır ki, xalqımız bunu hər zaman bacarıb. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bundan duyduğum qüruru sizinlə paylaşıram.
Bütün hər kəsi Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”
Fərəc Quliyevin Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqına təbriki
Fərəc Quliyevin Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqına təbriki
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir:

“Azərbaycan xalqı üçrəngli bayrağını qan tökərək, uğrunda şəhidlər verərək zirvəyə ucaldıb. “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyən Məmməd Əminin ruhu şad olsun, bayrağımız yenə yüksəklərdədir. Dünya durduqca, Azərbaycan var olduqca o bayraq dalğalanacaq! Xalqımızı haqqı olan bu gün münasibətilə təbrik edir, səmalarımızdakı bu üçrəngli çələngin dünyanın hər yerində Azərbaycan adını Tanrının yanına daşıyacağına inanıram. Bütün hər kəsi Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm!”