Milli Dirçəliş Hərəkatı Partiyasının 09.10.2013 tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı açıqlaması
Milli Dirçəliş Hərəkatı Partiyasının 09.10.2013 tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı açıqlaması
Biz inqilabi dəyişikliyin əleyhinəyik. Çünki, inqilab bir dövləti sarsıdan və zəiflədən ən ciddi hadisədir. Ona görə də biz əhalinin böyük əksəriyyətini təşkil edən bizimlə eyni düşüncədə olanları növbəti seçkilərdə (Bələdiyyə, Parlament, Prezident seçkilərində) sivil dəyişikliyə nail olmaq üçün bu gündən toparlanmağa çağırırıq.
Partyamız və seçkilərdəki namizədimiz Fərəc Quliyev adından hazırkı hakimiyyətdən bundan sonrakı fəaliyyətində milli-demokratik düşərgənin maraqlarını ciddi şəkildə önəmsəməsini, milli birlik və barışı təmin edən, Qarabağ problemi də daxil olmaqla bütün ümummilli məsələləri iç güclərə söykənərək həll etmənin vacibliyini qeyd edərək, İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətiylə təbrik edirik!
Fərəc Quliyevin təhsil  siyasətinə bir baxış
Fərəc Quliyevin təhsil siyasətinə bir baxış
Millət vəkili Milli Elmlər Akademiyasından kənarda olan alimlərin də maddi təminatının yüksəldilməsini tələb edir. O, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il Dövlət büdcəsi ilə bağlı çıxışında təklif etmişdir ki, “növbəti ilin büdcəsində Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılması nəzərdə tutulmlıdır.”
F.Quliyev bundan əlavə tələb etmişdir ki, elmin və təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
Prezidentliyə namizəd hazırkı hökumətin korrupsiyaya qarşı apardığı mübarizənin təhsil müəsisələrində nəticəsiz olmasının səbəbini müəllimlərə verilən əmək haqlarının aşağı olması ilə əlaqələndirir. O, MM-dəki çıxışında 100-150 manat əmək haqqı ilə müəllimi dolanmağa məcbur edən hökuməti sərt tənqid etmiş, verilən bu əmək haqqı ilə rüşvətin qarşısını almağın çətin olacağını ifadə etmişdir. F.Quliyev dövlətin təhsil işçilərinin əmək haqlarının bir neçə dəfə artırma gücündə olduğunu bildirmiş və bunun nəzərə alınmasını tələb etmişdir.
Seçilən namizəd- Fərəc Quliyev
Seçilən namizəd- Fərəc Quliyev
Azərbaycan Respublikasının prezidentliyinə hər bir namizəd öz platformasında prezident seçilərsə, necə fəaliyyət göstərəcəklərini bəyan etməklə fərqli fikirlər irəli sürürlər. Lakin namizədlərin irəli sürdükləri əhəmiyyətli fikirlərlə yanaşı keçdikləri həyat yolu da önəmlidir.
Cəmiyyətdə döyüşçülərin niyə hakimiyyətdən uzaq qalması ilə bağlı qınaqlar həmişə müxtəlif şəkildə özünü göstərmişdir. Istər mətbuatda, istər də xalq arasında döyüşçülərimizə olan münasibət başqa ölkələrlə, ən çox da qonşu ölkələrlə müqayisələr edilir. Lakin, hakimiyyəti bu münasibətdə qınayan xalqın bu gün döyüşçünü ən başa gətirmək şansı var. Həm də o döyüşçünü ki, böyük siyasi təcrubə və elmi nəzəri biliklərə sahib, hər yerdə xalqının maraqlarını müdafiə etməyi bacaran və bunun üçün tutarlı təkliflər verməyi bacaran, bütün cəbhələrdə müharibə cəbhəsində olduğu kimi qəhrəmanlıqla döyüşməyi bacaran, millətçi bir siyasi liderdir.
Parlamentdən məhbəsə, məhbəsdən Parlamentə(VİDEO)
Parlamentdən məhbəsə, məhbəsdən Parlamentə(VİDEO)
“Dəmir adam” ləqəbli Fərəc Quliyev


Azərbaycanın azadlığı yolunda hərəkatçı, dovlətinin qurulması yolunda “müstəqillik aktı”-nı hazırlayan və onun qəbulunda iştirak etmiş istiqlalçı deputat, ərazi bütövlüyü yolunda doyüşçü, əqidə dönməzliyi səbəbindən məhbus, millətinin milli iradəsinin önündə gedərək hərəkat və partiya lideri, xalqının ehtimadını qazanaraq yenidən millət vəkili olmuş Fərəc Quliyev Azərbaycan Respublikasının prezidentliyinə namizəddir.

Fərəc İbrahim oğlu Quliyev, 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olmuşdur. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur. Parlamentdə "müstəqillik aktı"nın həmmüəlliflərindəndir. Müstəqilliyə səs verən-siqnator deputatdır.
Fərəc Quliyev vahid Türk Ordusunun yaradılmasını istəyir
Fərəc Quliyev vahid Türk Ordusunun yaradılmasını istəyir
Bu gün dünyada Türk millətinə qarşı olan qısqanclıq və təhdidlər artıq gizlədilməsi mümkün olmayan bir faktdır. Hər kəs üçün aydındır ki, nəinki dünya gücləri, demək olar ki, dünyanın əksər dövlətlərində türklərə qarşı yürüdülən siyasətdə böyük güclərin yanında yer alma siyasəti yürüdülür. Bu siyasət gizli və aşkar şəkildə özünü büruzə verməkdədir. Bu təzyiq qarşısında isə Türk millətinin tək yolu təbii ki, Türk Birliyini yaratmaqdır. Sevindirici haldır ki, Türk Birliyinin yaranması istiqamətində qənaətbəxş olmasa da, müəyyən işlər görülür. Bu istiqamətdə Azərbaycanda ən aktiv fəaliyyət göstərən siyası partiya isə Milli Dirçəliş Hərəkatı Partiyasıdır. MDHP-nın sədri istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni müstəvidən siyasi-hərbi müstəviyə keçməsini Türk Birliyinin yaranması və güc mərkəzinə çevrilməsində daha real addım olması qənaətindədir. Millət vəkili kimi o Parlamentdə də bu barədə təklif irəli sürmüşdür. Fərəc Quliyev Milli Məclisdə 22.05.2012-ci tarixli çıxışı zamanı təklif etmişdir ki, “Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik.”
Prezidentliyə namizəd Fərəc Quliyevdən Azərbaycanı erməni hiyləsindən qurtaran təklif!
Prezidentliyə namizəd Fərəc Quliyevdən Azərbaycanı erməni hiyləsindən qurtaran təklif!
Erməni hakimiyyətinin bu iyrənc hiyləsinə cavab olaraq Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev təklif edib ki, Azərbaycan sözügedən uçuşu gözləmədən Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu, öz vətəndaşlarından canlı qalxan kimi istifadə etməyə çalışdığını bəyan etməli və müəyyən əməli tədbirlərə əl atmalıdır: “Məsələn, belə tədbirlərdən biri Xocalı Aeroportunun ATC (air traffic control) qülləsini sıradan çıxarmaq ola bilər. Yəni, hədəf atışları nəticəsində aeroport tam yararsız hala salınmalı və rəsmilərimiz bunu mülki vətəndaşlara xətər yetirməmək üçün həyata keçirməyə vadar olduqlarını bildirməlidirlər.”