“Hər axşam vicdanıma hesabat verirəm
“Hər axşam vicdanıma hesabat verirəm" - MÜSAHİBƏ
- Milli Dirçəliş Hərəkatı Partiyası bələdiyyə seçkilərində iştirak edəcəkmi?

- Mütləq. Hər bir partiya öz gücünü seçkilərdə yoxlayır. Həm də hakimiyyət uğrunda aparılan mübarizədə, hakimiyyətə gəlmək üçün göstərilən fəaliyyətdə yerli özünü idarəetmə sistemində təmsil olunmaq, orada yarışmaq daha mühümdür. Prezident seçkiləri yarışlarında bütün partiya bir nəfərin seçilməsi uğrunda çalışırsa, yaxud parlament seçkilərində bir neçə nəfərin seçilməsi naminə mübarizə aparırsa, bələdiyyə seçkilərində partiyanın yuxarı strukturları aşağıların seçilməsina nail olmağa səy göstərir. Bu, qarşılıqlı himayə mexanizmidir. Yerli idarəetmədə təmsil olunmaq üçün bələdiyyə seçkilərində iştirak edəcəyik.