Fərəc Quliyev: - BQXK açıq şəkildə Ermənistan tərəfi müdafiə edir
Fərəc Quliyev: - BQXK açıq şəkildə Ermənistan tərəfi müdafiə edir
"Yəni ərazi işğal olunduğu halda belə, yerli əhali həmin ərazidə yaşayır. Şahbaz Quliyev və Dilqəm Əsgərov da öz torpaqlarına doğmalarının qəbirlərini ziyarət etməyə gediblər və həmin yerdə Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülüblər. Bunlar döyüşçü olsaydılar, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların susqunluğunu, soyuq davranışını başa düşmək olardı. Ancaq dinc sakinlərlə bağlı bu təşkilatların davranışı bir daha göstərir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar bu məsələdə birtərəfli mövqe nümayiş etdirir, Ermənistan tərəfə haqq qazandırırlar".
Fərəc Quliyev: -Ermənistanda yaranmış bu mitinq hay-küyü Rusiya ilə razılaşdırılmış məsələdir-
Fərəc Quliyev: -Ermənistanda yaranmış bu mitinq hay-küyü Rusiya ilə razılaşdırılmış məsələdir-
Fərəc Quliyev: “Güman edirəm ki, bu gün Ermənistanda baş verənlər Qərbin yox, daha çox Rusiyanın mürağındadır. Düşünürəm ki, burda bir neçə məqsəd güdülür: biri erməniləri çıxışdırmaqla onlara kim olduqlarını başa salmaqdır. Digər tərəfdən artıq dünya ictimai rəyində ermənilərin kim olduğu, Ermənistanın hansı siyasət yürütdüyü də məlum olur. Artıq bu gün Azərbaycan həqiqətləri tanınır və BMT-nin qətnamələri ilə bağlı daha ciddi fikirlər səsləndirilir. O cümlədən, Avropa təsisatlarında Qarabağla bağlı aydın mövqelər ortaya çıxır. Ermənilər Minsk formatında müəyyən təkliflərin ortaya qoyulmasında və aparılan müzakirələrdə gücsüz olduqlarının fərqindədirlər. Belə olan vəziyyətdə ermənilər eyni ssenarini təşkil etməyə çalışırlar. Bu, hakimiyyət dəyişikliyi olmasa da, məhz hər şeyi sıfırdan balamağa xidmət edəcək. Burada isə yenə də “ip” Ermənistanın əlində deyil. Ona görə də düşünürəm ki, Ermənistanda yaranmış bu mitinq hay-küyü Rusiya ilə razılaşdırılmış məsələdir”.