MDHP sədri, Millət Vəkili Fərəc Quliyev birinci PARLAMENT dönəmində / FOTOLENT
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev birinci PARLAMENT dönəmində / FOTOLENT
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev DÜNYA MƏTBUATINDA
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev DÜNYA MƏTBUATINDA
"Dünyadan gizlədilən Ermənistanın Silahları üzə çıxılmalıdır"
Stokholmun Bütün Dünyada Sülh Elmi-tədqiqat İnstitutu bu yaxınlarda silahların çoxalması tempinə aid məlumatı yayınlamışdır.
Bu siyahıda, Azərbaycan ön yer tutur, Ermənistan onuncu yerdə göstərilir Bununla bağlı Azərbaycanlı parlament üzvü Fərəc Quliyev 20 apreldə Parlamentin plenar sessiyasına müraciət edərək qeyd etdi ki, Parlament bu məsələlərlə bağlı beynəlxalq birliyə müraciət etməlidir.
"Parlamentimiz qeyd etməlidir ki, Azərbaycanı silahlanmağa onun torpaqlarını işğal edən Ermənistanın özü tərəfindən məcbur edilir. Burada həmçinin qeyd edilməlidir ki, Ermənistan Sovet silahlarını ərazisində saxlaya bilməz, onun Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olması buna əsas ola bilməz.
Bundan başqa, bu ölkə beynəlxalq birlikdən silahlarının sayını gizlədir. Buna görə də, biz Ermənistanın gizli silahlarının araşdırması üçün beynəlxalq birliyi inandırmalıyıq".