Millət vəkili İran ayətullahının açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə sayır
Millət vəkili İran ayətullahının açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə sayır
Ayətullah Şəbistəri Azərbaycan Respublikası rəsmilərinin bu ölkədə xalq etirazlarının genişlənməsinə zəmin yaratdığını deyib: "Sionist rejim və amerikalı ağaların razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək".

Belə məzmunlu fikirlərin səsləndirilməsi müstəqil Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilə bilərmi?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, heç bir dövlətin müstəqil Azərbaycan Respublikasının yürütdüyü siyasətə qarışmağa haqqı yoxdur: "İran belə təəssübkeşlik etmək istəyirsə, yaxşı olar ki, özünün yürütdüyü siyasətə bir nəzər yetirsin. Onlar Ermənistanla bütün istiqamətlər üzrə ciddi əməkdaşlıq edir, başqa sözlə desək, həmin dövlətə verilən yeganə nəfəsliyi də İran açıb. Yalnız şiəlik deyil, ümmət təəssübkeşliyindən danışmaq istəyirlərsə, yenə də Azərbaycanda yaşayan müsəlmanlara qarşı döyüşən ermənilərə fərqli münasibət bəsləməlidirlər. Əslində, İran Azərbaycanın İsrail və ABŞ-la münasibətlərinə yersiz olaraq qısqanclıqla yanaşır. Çünki bizim adıçəkilən dövlətlərlə əməkdaşlığımızın İrana heç bir ziyanı ola bilməz. Ancaq İranın Ermənistanla münasibət qurmasının bizə böyük ziyanı var. Azərbaycanın işğal olunmuş ərazilərinin və Ermənistanın silahlandırılmasında İranın birbaşa iştirakı danılmazdır...