Fərəc Quliyevin təhsil  siyasətinə bir baxış
Fərəc Quliyevin təhsil siyasətinə bir baxış
Millət vəkili Milli Elmlər Akademiyasından kənarda olan alimlərin də maddi təminatının yüksəldilməsini tələb edir. O, Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2012-ci il Dövlət büdcəsi ilə bağlı çıxışında təklif etmişdir ki, “növbəti ilin büdcəsində Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılması nəzərdə tutulmlıdır.”
F.Quliyev bundan əlavə tələb etmişdir ki, elmin və təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
Prezidentliyə namizəd hazırkı hökumətin korrupsiyaya qarşı apardığı mübarizənin təhsil müəsisələrində nəticəsiz olmasının səbəbini müəllimlərə verilən əmək haqlarının aşağı olması ilə əlaqələndirir. O, MM-dəki çıxışında 100-150 manat əmək haqqı ilə müəllimi dolanmağa məcbur edən hökuməti sərt tənqid etmiş, verilən bu əmək haqqı ilə rüşvətin qarşısını almağın çətin olacağını ifadə etmişdir. F.Quliyev dövlətin təhsil işçilərinin əmək haqlarının bir neçə dəfə artırma gücündə olduğunu bildirmiş və bunun nəzərə alınmasını tələb etmişdir.